Zəlzələnin baş verdiyi fevral ayında Türkiyənin ixracı azalıb, xarici ticarət kəsirindəki artım davam edib.
Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi ötən il - 4,4 DƏFƏ ARTIB
FED.az Türkiyə Ticarət Nazirliyinin müvəqqəti məlumatlarına istinadən xəbər verir ki, fevral ayında ixrac 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,4% azalaraq 18,6 milyard dollar olub.
Nazirliyin qiymətləndirməsinə görə, zəlzələlərin fevral ayında ixraca 1,5 milyard dollarlıq birbaşa azalma təsiri olub.
Fevral ayında idxal 10,6% artaraq 30,8 milyard dollar təşkil edib.
Xarici ticarət kəsiri fevralda 52,8 faiz artaraq 12,2 milyard dollara çatıb. (Marja)