Azərbaycanda ərzağın qiymət artımına nəzarət tədbirləri çərçivəsində əsas ərzaq məhsularından olan çörəyin də qiyməti fasiləsiz monitorinq olunur.
Eləcə də bax: Hökumət ərzaq bazarını 3 üsulla qoruyur - MİKAYIL CABBAROV AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirib.
Baş nazirin sözləirinə görə, qiymət artımını fərqləndirmək lazımdır: «Yəni, söylədiyiniz 18 faiz ərzaq inflyasiyasıdır. Ümumi inflyasiyamızın göstəricisi üç ay ərzində 12,2 faizdir. İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən artıqdır. Bunun səbəbini də Sizin tərəfinizdən verilən tapşırığa uyğun olaraq iqtisadiyyat naziri ardıcıllıqla dedi. Siz o məqamı ki, dediniz, bu situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi və sui-istifadə halları var».
Baş nazir bildirib ki, qiymətlərin süni surətdə artırılması halları mövcuddur və bunun qarşısını almaq üçün: hökumət çörək və digər məhsulların qiymətinə nəzarət edir: «İlin əvvəlindən, biz subsidiyaları çörək üçün saxlayan dövrdə xalq arasında “zavod çörəyi” deyilən çörəklərin 5 qəpik artırılan qiymətlərindən sonrakı proseslər monitorinq olundu və indiyə qədər davam etdirilir və sahibkarlar da bunu bilir. Bu proseslər ciddi şəkildə nəzarətdədir».