Azərbaycan Banklar Assosiasoyasının (ABA) sədri Zakir Nuriyev ölkədə uçot dərəcəsinin artırılacağı ilə bağlı bank dairələrində gəzən söz-söhbətə münasibət bildirib. O, bununla bağlı qərarların Azərbaycan Mərkəzi Bankı tərəfindən cari vəziyyətə uyğun qəbul olunduğunu deyib.
"Mərkəzi Bank cari vəziyyəti təhlil edir və buna uyğun qərar qəbul edir. Bu məsələdə bankların rəyinin nəzərə alınması doğru olmazdı", - deyə Z.Nuriyev əlavə edib.
Xatırladaq ki, hazırda uçot dərəcəsi 15% təşkil edir.