Azərbaycanın pambıq istehsalçısı "MKT İstehsalat Kommersiya" MMC 2021-ci ilin yanvar-avqust ayları ərzində də qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutub.
FED.az xəbər verir ki, 2021-ci ilin 8 ayında "MKT İstehsalat Kommersiya" tərəfindən 81 milyon dollarlıq məhsul ixrac edilib. "MKT"nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 66,3% artıb. Şirkət 2020-ci ilin 8 ayında 48,7 milyon dollarlıq məhsul ixrac etmişdi.
Qeyd edək ki, 2021-ci ilin 8 ayında Azərbaycandan 143,8 milyon milyon dollarlıq pambıq mahlıcı ixrac edilib. 2021-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. (Marja)