"Yumurta və quş ətinin qiymətində yaxın aylarda artım gözlənilmir. Ola bilsin ki, payız aylarında yumurtanın qiyməti ucuzlaşsın".
FED.az xəbər verir ki, bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.
A.Vəliyevin sözlərinə görə, yemlərin 70-80%-ni xaricdən alırlar: "Yerli istehsal yem tələbatının 15-20%-ni ödəyir. Yemin qiymətində xaricdə dəyişiklik olmasa, bizim qiymətlərdə də heç bir dəyişiklik gözlənilmir".