Bu ilin yanvar ayında Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin dekabr ayına nisbətdə olduğu kimi qalıb.
FED.az xəbər verir ki, Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2% bahalaşıb, xidmətlər üzrə qiymətlər 0,6% ucuzlaşıb.
2017-ci ilin yanvar ayı ilə müqayisədə 2018-ci ilin müvafiq dövründə ərzaq məhsulları, içki və tütünün qiyməti 7,7 faiz bahalaşıb.
2018-ci ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən istehlak bazarında “Süd məhsulları, pendir və yumurta” qrupu 0,8 faiz, “Meyvələr” qrupu 2,8 faiz,“Tərəvəzlər” qrupu 1,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,3 faiz, “Qəhvə, çay, kakao” qrupu 0,5 faiz bahalaşıb.