"Hazırda Azərbaycanda yumurtaya təlabat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur".
FED.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə yumurta qıtlığının olması barədə deyilənlərə münasibət bildirərkən deyib.
"Tələbatın kəskin artması mövsümi xarakter daşıyır. Bu kimi hallar ildə 2dəfə olur. Ara-sıra həm yumurtaya, həm də quş ətinə kəskin tələbat yaranır. İstehsal həcmi isə eyni səviyyədə qalıb. Hazırda onun artırılması istiqamətində iş aparılır", - deyə Cəmiyyətin sədri qeyd edib.