2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 463,6 min ton, süd istehsalı 2,8 faiz artaraq 1 milyon 899 min ton təşkil edib.
ELƏCƏ DƏ BAX: Özəldə işləyənlər dövlətdə işləyənlərdən 60% çox maaş alır
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 11 ayı ərzində yumurta istehsalı 1,9 faiz azalaraq 1 milyard 534,7 milyon ədəd, yun istehsalı 1,2 faiz azalaraq 15,7 min ton olmuşdur.