Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2017-ci ilin yanvar ayı ərzində 16,7 milyon ton yük və 141,4 milyon sərnişin daşınmışdır.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,3 faiz, sərnişin daşınması isə 2,7 faiz artmışdır. Yüklərin 57,1 faizi avtomobil, 31,3 faizi boru kəməri, 7,7 faizi dəmir yolu, 3,8 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 87,0 faizi avtomobil, 12,8 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.
Yük və sərnişin daşımaları artıb
16:25
17 Fev 2017