Marketlərdə kərə yağlarının qiymətlərinin kəskin artdığı müşahidə olunur. İdxalçılar və Dövlət Gömrük Komitəsi qiymət artımlarını dünya birjalarında kərə yağının bahalaşması ilə izah edirlər.
FED.az xəbər verir ki, “Marja”nın müxbirinin marketlərdə apardığı müşahidələri göstərir ki, yerli istehsal olan kərə yağları da ucuz satılmır. Onların qiymətləri xarici analoqlarına çox yaxındır.
Marketlərdə xaricdən idxal olunan kərə yağlarının qiymətləri təxminən 17-21 manat civarında ikən, yerli kərə yağlarının kiloqramı təxminən 16-17 manatdır. Məsələn, “Bazarstore” supermarketində xarici kərə yağlarından “Westgold”un 1 kiloqramı 16,90 manata, "Ankor" 16,90 manata, “Bestcow” isə 16,93 manata təklif olunur. Yerli qablaşdırılmış “Səba” kərə yağının kiloqramı isə 15,90 manatdır. 200 qramlıq “President” 4 manata, “Westgold” kərə yağı 3,90 manata, "Dayaruşka" 3,80 manata, “Bestcow” 3.71 manata, "Wellington" 3,67 manata satılarkən, 200 qramlıq “Səba” kərə yağı 3,65 manata təklif olunur. “Milla”nın kiloqramı 17,40 manata, 180 qramlıq qablaşdırmada isə 3,13 manata təklif olunur.
Qeyd edək ki, "Milla" kərə yağının istehsalçısı "Azerbaijan Food and Packaging Company (AzFP)" şirkətidir. Qeyd edək ki, “Atena” da kərə yağı istehsal edirdi. Lakin son zamanlar həmin yağlara marketlərdə rast gəlinmir. Ötən il 1 kq “Atena” kərə yağı 8-8,50 manata satılırdı.
Yerli kərə yağları da bahalaşıb - QİYMƏTLƏR
10:05
16 Okt 2017