Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikasının İqtisadi Şurası (bundan sonra – Şura) yaradılıb.
FED.az xəbər verir ki, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib:
Şuranın sədri
Azərbaycan Respublikasının Baş Naziri - Əli Əsədov
Şuranın üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri - Şahmar Mövsümov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri - Natiq Əmirov
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan Respublikasının İqtisadiyyat naziri - Mikayıl Cabbarov
Azərbaycan Respublikasının Maliyyə naziri - Samir Şərifov
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri - Sahil Babayev
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri - Elman Rüstəmov
Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru - İsrafil Məmmədov