Bu ildən başlayaraq Azərbaycanda kvadrisiklləri idarə etmək üçün xüsusi sürücülük vəsiqəsi veriləcək.
FED.az-ın məlumatına görə, qərara əsasən, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”a müvafiq dəyişiklik edilib.
ELƏCƏ DƏ BAX: Bu ölkədə sürücülər “səfehlik” testindən keçə bilər -SƏBƏB
Bu qərar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1172-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərar 1 yanvar 2019-cu ildən qüvvəyə minib.
Qeyd edək ki, kvadrisikl yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir.
Yeni sürücülük vəsiqəsi verilməsinə başlanır – QƏRAR
20:32
10 Yan 2019