Azərbaycanda triskil və kvadrisiklləri idarə etmək üçün yeni növ sürücülük vəsiqəsinin verilməsinə gələn il yanvarın 1-dən başlanacaq.
ELƏCƏ DƏ BAX: Tələbə və pensiyaçılar avtobusda pulsuz gedə bilər
FED.az-ın məlumatına görə, bu, Daxili İşlər Nazirliyi Kollegiyasının "Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.
Qeyd edək ki, trisikl işçi həcmi 50 kub santimetrdən çox olan daxiliyanma mühərriki ilə hərəkətə gətirilən və ya mühərrikinin tipindən asılı olmayaraq, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olan və orta uzununa müstəviyə nəzərən simmetrik yerləşən üçtəkərli mexaniki nəqliyyat vasitəsidir.
Yüngül kvadrisikl yüksüz vəziyyətdə kütləsi 350 kiloqramdan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) çox olmayan dördtəkərli mexaniki nəqliyyat vasitələridir. Bura işçi həcmi 50 kub santimetrdən çox olmayan məcburi alışdırmalı daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri, maksimal effektiv gücü 4 kVt-dan çox olmayan digər növ daxili yanma mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri və uzunmüddətli yüklənmə rejimində mühərrikinin nominal maksimal gücü 4 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitələri daxilidir.
Kvadrisikl isə yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan (yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kiloqramdan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumulyatorların kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli dördtəkərli mexaniki nəqliyyat vasitəsidir.
Sürücülük vəsiqələrində idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin kateqoriyası - "B1” kateqoriyası göstəriləcək.
bakupost.az
Yeni növ sürücülük vəsiqələri veriləcək – TARİX
18:57
7 Noy 2018