Azərbaycanın yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə iqtisadi fəallığın artması üçün dövlət qurumlarının tariflərinə yenidən baxılmasının lazım olduğunu hesab edir.
FED.az biznes portalı “Marja”ya istinadən xəbər verir ki, yeni iqtisadiyyat naziri bildirib:
“Dövlət mülkiyyətində olan müəssisələrin fəaliyyəti iqtisadi fəallığa təsir edir. Burada xüsusilə təbii inhisarları qeyd etəmək olar. Bu tək Azərbaycanda deyil, hər bir iqtisadiyyatdadır. İnfrastruktur təminatı xidmətləri təmin edən dövlət qurumlarının tariflərinin dərəcələri ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir. Bu mənada biz aidiyyatı dövlət qurumları və dövlətin mülkiyyətində olan şirkətlər ilə birgə işləyəcəyik və inanıram ki, qarşımızda duran vəzifələri uğurlu şəkildə həll edə biləcəyik”.
Mikayıl Cabbarov əlavə edib ki, dövlətin mülkiyyətində olan əmlakdan səmərəli istifadə edilməsi də diqqət mərkəzində olacaqdır.
Nazirin bu barədə açıqlamasını videoda 8-10-dan başlayaraq izləmək olar.