Gələn ilin yanvarından siqaretlərin qiyməti bahalaşacaq.
FED.az-ın məlumatına görə, siqaret istehsalçıları tərəfindən mağaza və marketlərə dekabrın 28-dən yanvarın 4-ə ədər siqaret paylanılmasının dayandırılacağı bildirilib.
ELƏCƏ DƏ BAX: Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR
Eyni zamanda yanvar ayından etibarən qiymətlərdə 20-50 qəpik arası bahalaşma olacağı barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, bir neçə gün öncə "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun Milli Məclisdə müzakirə edilərək, qəbul olunub. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə görə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə görə 3 manat, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə görə 1 manat, elektron siqaretlər üçün mayenin hər litrinə görə 20 manat aksiz vergisi tutulacaq.
Bu səbəbdən enerji içkilərinin də qiymətində bahalaşma olacağı gözlənilir.
Yeni ildən bahalaşacaq – İSTEHSALÇILARDAN XƏBƏRDARLIQ
20:11
11 Dek 2018