Xəbər veridiyi kimi, fevralın 1-dən etibarən Azərbaycanın gömrük sistemində «Yaşıl Dəhliz» mexanizmi işə düşəcək. FED.az xəbər verir ki, bu sistemin köməyi ilə sahibkarlar fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurunu görmədən, yəni elə ofislərində apara bilərlər.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, bu günədək 53 xarici iqtisadi fəaliyyət iştirakçısının müraciətinə baxılıb və onlara “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazə verilib.
Gömrük-sərhəd buraxılış məntəqələri ərazilərində sıxlıqların aradan qaldırılması və malların yubanmadan keçidinə şəraitin yaradılması məqsədilə malların və nəqliyyat vasitələrinin sərhəddə yalnız qeydiyyatının aparılaraq dərhal buraxılışının həyata keçirilməsi layihəsi hədəf planlar arasındadır. Gömrük-sərhəd buraxılış məntəqəsi daxilində yalnız qeydiyyatın aparılaraq buraxılışın reallaşdırılması xüsusilə sərhəd əməliyyatları komponenti üzrə vaxt və xərc amili baxımından irəliləyişə gətirib çıxara bilər.
Eləcə də bax: "Azərbaycanda gömrük prosedurları xeyli sadələşdiriləcək" - MÜSAHİBƏ