“Cari ilin fevralın 1-dən tətbiq olunan “Yaşıl dəhliz” buraxılış sistemindən 200-ə yaxın biznes subyekti istifadə edir”.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, biznes subyektləri malı qeydiyyata keçirməyə 1 saat qalmış gömrük orqanlarına bəyannamə təqdim etməlidir: “Hazırda “yaşıl dəhliz” buraxılış sistemindən istifadə edənlər qaydalara əməl edir. Əgər qaydalara əmə etməyənlər olarsa, onlar qanunla məsuliyyət daşıyacaqlar. Həmçinin qeyd edim ki, biznes subyektləri bu sistemdən istifadə etməkdə maraqlıdır. Onlar bu barədə ərizə ilə komitəyə müraciət edirlər. Ərizələr araşdırılır və qaydalara uğundursa, həmin biznes subyektlərə icazələr verilir”.