Neft və qeyri-neft ixracının həcmi (mln. dollarla), yanvar 2014-yanvar 2018

2018-ci ilin yanvarında cəmi ixrac 2017-ci ilin eyni dövrünə nisbətən 234.1 mln. dollar (29%) artsa da, böhrandan əvvəlki 2014-cü ilin yanvarına nisbətən 842 mln. dollar (45%) azdır. Qeyri-neft ixracı ötən ilə nisətən 33 mln. dollar (36%) artsa da, 2014-cü ilin göstəricisindən 5.7 mln. dollar (4.4%) azdır.
Özəl sektorun ixracı ötən ilə nisbətən 32.3 mln. dollar (53.5%), 2014-cü ilin göstəricisindən 8.9 mln. dollar (10.6%) çoxdur.
İxracın sektorlar üzrə xüsusi çəkisinin dinamikası (yekuna görə %-lə), yanvar 2014-yanvar 2018

2018-ci ilin yanvarında qeyri-neft ixracının ümumi ixracda payı 12.1% olub. Bu son 5 ilin ən yüksək göstəricisidir. Özəl sektorun ixracda payı da 9.8%-lə axır 5 ilin ən yüksək göstəricisidir.
İdxalın ümumi və sektorlar üzrə həcmi (mln. dollarla), yanvar 2014-yanvar 2018

İdxalın strukturunda ən diqqətçəkən məqam dövlət sektorunun idxalının kəskin artımıdır. Belə ki, 2018-ci ilin yanvarında dövlət sektorunun idxalı 164.3 mln. dollar olub, ötən ilə nisbətən bu 4 dəfə, 2014-2015-ci ilin göstəricisindən təxminən 60% yüksəkdir.
İdxalın sektorlar üzrə xüsusi çəkisinin dinamikası (yekuna görə %-lə), yanvar 2014-yanvar 2018

2018-ci ilin yanvarında dövlət sektoru üzrə idxalın ümumi idxalda payı 23.9% olub. Bu, son 5 ilin ən yüksək göstəricisidir. Belə ki, 2014-2017-ci illərdə həmin göstərici 10-19.8% aralığında dəyişmişdi.
Xarici ticarət balansının saldosu, (mln. dollarla), yanvar 2014-yanvar 2018

2018-ci ilin yanvarında xarici ticarət balansının ümumi saldosu 350.1 mln. dollar olub. Bu, əvvəlki ilə nisəbətən 4.5 mln. dollar, 2014-cü ilin göstəricisinə nisbətən 1 mlrd. dollara (4 dəfə) yaxın azdır.
Lakin özəl sektor üzrə xarici ticarət dövriyyəsinin saldosunda defisit qeydə alınmış və bu son 5 ilin ən yüksək göstəricisidir. Belə ki, 2018-ci ilin yanvarında özəl sektorun idxalı onun ixracını 395.6 mln. dollar üstələmişdir. Əvvəlki 4 ildə bu göstəricinin ən yüksək səviyyəsi 2015-ci ildə qeydə alınmışdı – 351.8 mln. dollar.
FED.az Təhlil Qrupu