Yanvarda Azərbaycan MDB ölkələri arasında ən çox Ukraynaya məhsul ixrac edib.
Eləcə də bax: Yanvarda Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Ukrayna, Rusiya və Belarusdur. Ukraynaya ixrac olunan məhsulların dəyəri 199,8 milyon ABŞ dolları, Rusiyaya 72,5 milyon dollar, Belarusa isə 2,9 milyon dollar olub.