Gələn ilin yanvarından siqaretlərin qiyməti bahalaşacaq.
Məlumata görə, siqaret istehsalçıları tərəfindən mağaza və marketlərə dekabrın 28-dən yanvarın 4-ə qədər siqaret paylanılmasının dayandırılacağı bildirilib.
Eyni zamanda yanvar ayından etibarən qiymətlərdə 20-50 qəpik arası bahalaşma olacağı barədə xəbərdarlıq edilib.
ELƏCƏ DƏ BAX: Un, ət, kolbasa, yumurta, balıq, yağ – BAHALAŞDI
Qeyd edək ki, bir neçə gün öncə "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun Milli Məclisdə müzakirə edilərək, qəbul olunub. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə görə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə görə 3 manat, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə görə 1 manat, elektron siqaretlər üçün mayenin hər litrinə görə 20 manat aksiz vergisi tutulacaq.
Bu səbəbdən enerji içkilərinin də qiymətində bahalaşma olacağı gözlənilir. (Qaynar.info)