2022-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 8,8 milyard dollara bərabər olub.
Eləcə də bax: Türkiyənin geyim brendləri Rusiyada - MAĞAZA AÇMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib. (Trend)