2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana kondisioner idxalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,4% - 164,912 min ədədə qədər artıb.
Eləcə də bax: Gürcüstan Azərbaycana 196,1 milyon dollarlıq avtomobil - İXRAC EDİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $52 milyon 540,1 min məbləğində (artım 67,7%) qiymətləndirilir.
Yanvar-iyul aylarında Azərbaycana $69 milyon 826,6 min dəyərində (azalma 2,1%) 295,74 min ədəd (azalma 31,2%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 31,2% - 83,339 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $20 milyon 7 min (azalma 24,3%) təşkil edir. (İnterfaks-Azərbaycan)