2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsi vasitəsilə əhaliyə 1 milyard 465,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, satış həcmi 2024-cü ilin müvafiq dövrünə nəzərən real ifadədə 7,2% çoxalıb.
Yanacaq satışları ümumi pərakəndə ticarətin 6,3%-i həcmində qərarlaşıb.
Hesabatlara görə, təkcə may ayı ərzində bu sahədə satışlar 309,8 milyon manat təşkil edib.