Pendirin qiyməti artıb. Paytaxt bazarlarında pendirin qiymətində artım müşahidə edilir. Satıcıların sözlərinə görə, bahalaşma 30-40 faizə yaxındır.
Qiymət artımının olduğunu alıcılar da təsdiqləyirlər.
Satıcılar bildirirlər ki, pendirin qiymətinin artmasına səbəb heyvan yemlərinin bahalaşmasıdır. Yem bahalaşdığından süd də bahalaşır.
Bölgələrdə də pendirin qiyməti artıb. Rayon bazarlarında təxminən 30-40 faiz bahalaşma nəzərə çarpır.
Burada da satıcılar qiymət artımını həm yemin, həm də satın alaraq pendir hazırladıqları südün bahalaşması ilə əlaqələndirirlər.
Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, indi kifayət qədər yem ehtiyatı var. Lakin südün az olduğu bir mövsümdür. Bu səbəbdən də pendirin cüzi bahalaşması normaldır. Dekabr ayından etibarən isə qiymətlərin enəcəyi gözlənilir.
© Xəzər TV