Azərbaycanda kərə yağı istehsalı və ölkəyə kərə yağı idxalı azalır.
FED.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistika bunu ortaya qoyur.
ELƏCƏ DƏ BAX: Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək – RAZILAŞMA
Beləliklə, 2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 22 min 991,4 ton kərə yağı istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az olub. Həmin il dekabrın 1-nə anbarlarda istehsal edilən məhsulun 0,42 faizi həcmində - 10,3 ton məhsul qalıb.
Bu ilin yanvar-noyabr aylarında 21 min 569,6 ton kərə yağı istehsal olunub ki, bu da keçən ilin ötən dövrü ilə müqayisədə 6,4 faiz azdır. Anbarlarda isə istehsal edilən məhsulun 0,01faizi həcmində - 2,7 ton məhsul qalıb.
Kərə yağının idxalına gəlincə, keçən ilin yanvar-noyabr aylarında kərə yağı, digər süd yağları və pastalarının idxalı 2016-cı ilin anoloji dövrü ilə müqayisədə idxal 0,4 faiz azalaraq 11 min 888,6 tona düşüb. Bu ilin yanvar-noyabr aylarında isə idxalda kəskin azalma qeydə alınıb. Kərə yağı, digər süd yağları və pastalarının idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,6 faiz azalıb və ölkəyə cəmi 9 min 561,1 ton kərə yağı idxal edilib.
Yağdan imtina edirik? –BELƏ GÖRÜNÜR...
20:08
19 Dek 2018