Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan məlumata görə ölkədə xarici ticarətlə məşğul olanların sayı artıb.
Eləcə də bax: Azərbaycanda avtomobil idxalı 2,31 dəfə artıb
FED.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-noyabr ərzində xarici iqtisadi fəaliyyəti (XİF) iştirakçılarının sayı 52,06% artaraq
21 min 577 nəfərə çatıb. müvafiq olaraq fiziki şəxlərin miqdarı 1,73 dəfə artaraq 14 min 575 ədəd, hüquqi şəxlərinsayı da 21,67% artaraq 7 min 2 ədəd olub.
Dövlət sektorunun payı dəyişməyərək 235 ədəd, özəl sektorda say isə 22,59% artaraq 6 min 767 ədəd olub.
Xarici ölkələrin sayı 1 ədəd azalaraq 182 ədəd təşkil edib.
Xarici ticarətlə məşğul olanların sayı 1,5 dəfə artıb
11:56
17 Dek 2018