Xarici ticarət iştirakçılarının sayı azalıb.
Azərbaycan və Rusiya gömrük rəhbərləri - SƏRHƏDDƏKİ TIXACI MÜZAKİRƏ ETDİLƏR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 10 ayı üzrə xarici ticarət iştirakçılarının sayı 54 min 873 şəxs ikən, 2022-ci ilin 10 ayı ərzində 49 min 46 şəxs təşkil edib. İştirakçıların sayında 5 min 827 şəxs azalma fiziki şəxslər üzrə xarici ticarət iştirakçılarının sayının azalması ilə əlaqədardır.
2021-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr dövründə fiziki şəxs xarici ticarət iştirakçılarının sayı 6 min 373 şəxs azalaraq 40 min 250 şəxsə düşüb.
Hüquqi şəxslər üzrə xarici ticarət iştirakçılarının sayı isə 546 şəxs artaraq 8 min 796 şəxsə yüksəlib. Ötən ilin 10 ayında 8 min 250 hüquqi şəxs xarici ticarət fəaliyyətilə məşğul olmuşdu. (Marja)