Korornavirus Azərbaycanın xarici ticarət dövriyyəsinə ciddi təsir edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2020-ci ilin ilk 3 ayında xarici ticarət dövriyyəsi 6 milyard 843,73 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,2% azdır.
İxrac 277,8 milyon dollar və ya 6,2% azalıb.
İdxal 498,6 milyon dollar və ya 15,9% azalıb.
Xarici ticarətdə müsbət saldo 221 milyon dollar və ya 16,4% artaqaq 1 349 milyon dollardan 1 570 milyon dollara yüksəlib.