İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ixracatçı sahibkarlara “2019 İXRACA DƏSTƏK” layihəsi təqdim olunacaq. FED.az xəbər verir ki, bu təqdimat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, ASAN Xidmət, Dövlət Gömrük Komitəsinin dəstəyi və “My Broker” gömrük təmsilçiliyinin birgə təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və layihə üzrə maarifləndirici təlimdə reallaşacaq.
Tədbirin əsas məqsədi yerli istehsal ilə məşğul olan sahibkarlar ilə görüş keçirərək, gömrük ixrac əməliyyatlarının sənədləşdirilməsi zamanı yaranan çətinliklərin müəyyən olunması, yerli istehsalın xarici bazara çıxarılması, ixracın stimullaşdırılması, sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdır.
Təlim, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16), 2018-ci il, dekabr ayının 25-də baş tutacaq.
Xaricə mal ixracındakı çətinliklər - MÜZAKİRƏ OLUNACAQ
11:59
14 Dek 2018