Dövlət Gömrük Komitəsinin yeni elektron xidmətini istifadəyə verib.
Malın gömrükdən buraxılmasına dair müraciətə - BİR GÜNƏ BAXILACAQ
FED.az xəbər verir ki, sərnişinlər üçün “Sadələşdirilmiş bəyannamə” elektron xidməti vasitəsilə xaricə apardığınız və ya gətirdiyiniz malları artıq öncədən internetə çıxışı olan istənilən məkandan e.customs.gov.az portalı, “Smart customs” mobil tətbiqi və gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılan köşklər üzərindən bəyan edə bilərsiniz.
Yeni xidmət valyuta və nəqliyyat vasitələrini də onlayn qaydada bəyan etməyə, bəyannamələrinizin statusunu və güzəştli limitinizin hədlərini izləməyə, gömrük ödənişlərini onlayn qaydada həyata keçirməyə imkan verir.
Azərbaycan dili ilə yanaşı, ingilis, rus dillərində də təqdim olunan xidmətdən xarici vətəndaşlar da istifadə edə bilərlər.