Bu ilin ilk iki ayında Azərbaycana 16 mln 572 min manat dəyərində tütün və tütün məmulatları gətirilib.
FED.az xəbər verir ki, bu haqda məlumat Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada öz əksini tapıb.
2018-ci ilin ilk iki ayında isə ölkəyə 12 mln 960 min dollarlıq tütün və tütün məmulatları gətirilmişdi.
Deməli, 1 ildə ölkəyə idxal olunan tütün və tütün məmulatlarının dəyəri 3 mln 612 min dollar və ya 27,87% artıb.
Xaricdən gətirilən siqaretlərə 16 mln manat xərclənib
17:08
18 Mart 2019