Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 8 102 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,3% çoxdur.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 97,3% artaraq 148-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 88% artaraq 7 098-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 89,7% artaraq 795-ə çatıb, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,8% azalaraq 61-ə düşüb.