Azərbaycana idxal edilən odadavamlı kərpiclər və bloklar və digər odadavamlı keramika məmulat və materiallarına tətbiq edilən idxal gömrük rüsumu dayandırılıb.
Eləcə də bax: Ölkəyə gətirilən toyuqlara gömrük rüsumunun müddəti - ARTIRILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, bud, böyük baldır sümüyü və ona bitişik ətraf əzələlər olmadan toyuq ayağı və onun hissələri, ağ sementin klinkerinə (ağ klinker) idxal rüsumlarının tətbiqi dayandırılıb.