Azərbaycana xaricdən gətirilən avtomobillərin sayında kəskin artım var. FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumata görə, bu ilin yavnvar-fevral aylarında xaricdən ölkəyə ümumilikdə 5169 avtomobil gətirilib. Bundan 4 707-si minik avtomobili, 397-si yük avtomobilləri, 37-si avtobuslar, 28-i isə xüsusi təyinatlı avtomobillər olub.
Eləcə də bax: Bakıda avtomobillər kəskin - BAHALAŞIB
Ötənilin yanvar-fevral ayralırı ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı 2,5 dəfə artıb. Minik avtomobillərinin idxalında 2,5 dəfə, yük avtomobillərinin idxalında 2,2 dəfə, avtobusların idxalında 3,3 dəfə artım var.
Xüsusi təyinatlı avtomobillərin idxalı isə 5 dəfəyə yaxın artıb.