Nağdsız qaydada həyata keçirilən hesablaşmalar artır.
FED.az xəbər verir ki, bununla əlaqədar "Nağdsız hesablaşmalar haqqında" qanuna yeni – 3.5.5-ci maddə təklif edilir.
Eləcə də bax: Milli Məclisin növbəti iclasının gündəliyi - TAM SİYAHI
Layihəyə əsasən, xam dərinin tədarükü (alışı) nağdsız qaydada həyata keçirilən hesablaşmalar sırasına daxil edilir.
İndiyə qədər kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu nağdsız qaydada həyata keçirilən hesablaşmalar sırasına daxil idi.
Qanun layihəsi Milli Məclisin aprelin 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Apa