Vyetnam hökuməti Azərbaycana energetika, nəqliyyat, ticarət və aqrar sahələrdə əməkdaşlıq üzrə təkliflər təqdim edir. Bunu Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bildirib.
Onun sözlərinə görə, bu təkliflərə ilk Azərbaycan-Vyetnam ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası zamanı baxılacaq.
Səfir qeyd edib ki, iclas yaxın zamanda keçiriləcək.
Qeyd edək ki, iki ölkə arasında ticarət-iqtisadi əlaqə haqqında danışan səfir bildirib ki, 2016-cl ilin ilk altı ayında Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 51.9 mln. dollar təşkil edib və bu məbləğin 47.4 mln. dolları Azərbaycan tərəfinin payına düşür.
Trend©
Vyetnam hökuməti Azərbaycana əməkdaşlıq təklif edir
09:46
2 Noy 2016