"Vergi gəlirlərinin tərkibində xüsusi çəkisi böyük olan Əlavə Dəyər Vergisi ilə bağlı qeyd edilib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ÜDM-in, o cümlədən qeyri-neft ÜDM-in artımı, eləcə də ölkə daxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə artması, həmçinin digər əlaqəli iqtisadi faktorların artım dinamikası fonunda Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi müəyyən edilmiş proqnoz 86,2% səviyyəsində icra edilib".
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Bu amillər ƏDV üzrə daxilolmaların məbləğinə təsir edən qeyri-iqtisadi amillərin araşdırılmasını və bu amillərin təsirinin neytrallaşdırılması məqsədilə vergi-büdcə siyasətində müvafiq tədbirlərin nəzərdə tutularaq icrasını zəruri edir. Ümumiyyətlə, hesabat ilində Əlavə Dəyər Vergisinin uzunmüddətli dinamikası Vergilər Nazirliyi xətti ilə əlavə dəyər vergisinin azaldığını, Gömrük komitəsi xətti ilə isə əksinə artdığını göstərir", - deyə V.Gülməmmədov vurğulayıb.