"Avrasiya İqtisadi Birliyi və İpək Yolu layihəsinin tərəfdaşlıq etməsi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinin də iştirakı ilə böyük Avrasiya əməkdaşlığının yaradılması üçün əsas ola bilər".
Reportun məlumatına görə, bunu RİA "Novosti"yə müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
"Rusiya, eləcə də BRICS (Braziliya-Rusiya-Hindistan-Çin-Cənubi Afrika) üzrə tərəfdaşlarımız ayrı-seçkilik xarakteri daşımayan və ÜTT-nin prinsiplərinə əsaslanan açıq iqtisadi məkanların yaradılması fikrinə sadiqdir", - deyə V.Putin bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar Rusiya tərəfi Avrasiya İqtisadi Birliyi ilə İpək Yolu iqtisadi kəməri arasında tərəfdaşlıq ideyasını irəli sürüb.
V.Putin əlavə edib ki, bu təşəbbüsün reallaşması BRICS ölkələrinin potensialından istifadə edilməsi zamanı mümkün ola bilər.