Azərbaycan 2020-ci ilin martında 5 milyon 63,75 min dollarlıq təzə banan idxal edib. Göründüyü kimi pandemiya dövrünü əhatə edən martda idxal həcmində heç bir çətinlik yaranmayıb.
Eləcə də bax: Türkiyədə banan idxalı dayandı - 2,8 DOLLARA YÜKSƏLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, martda xaricdən ölkəyə gətirilən bu tropik məhsul az qala cari ilin yanvar və fevral ayları qədər təşkil edib.
Mart ayında idxal edilən bananın çəkisi 7 089 ton təşkil etməklə vahid dəyəri 0,71 dollar kq təşkil edib. Ötən ilin eyni dövründə təzə bananın hər kq ölkəmizə 0,72-0,73 dollar aralığında xərclə başa gəlirdi.
Ölkəyə ümumilikdə yanvar-mart ayları ərzində 15 633 tonluq, 11 milyon 210,12 min dollar həcmində banan idxal edilib. İdxal edilən bananın 15 633 tonu (99%-i ) Ekvatordan gətirilib, bunun da ümumi dəyəri 11 milyon 210.12 min dollardır.
Bu illik müqayisədə 44% artım olması deməkdir.