Bu ilin iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 452 min 242 təşkil edib.
Vergilər Nazirliyindən FED.az-a verilən məlumata görə, qeyd olunan dövrdə aktiv Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayı 40 faiz artaraq 21 min 394-ə çatıb. Bu ilin 1 iyuna aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz artaraq 71 min 930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2 faiz artaraq 380 min 312-yə çatıb.
Bundan əıavə məlumatda qeyd olunub ki, bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9 faiz artaraq 17 min 610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2 faiz artaraq 3 min 784-ə çatıb: “2019-cu ilin 1 iyuna aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz artaraq 145 min 377-ə çatıb.
Vergilərin “üzü gülür” - ƏDV ÖDƏYİCİLƏRİ 40 FAİZ ARTIB
12:15
1 İyul 2019