Vergilər Nazirliyində yeni təyinat olub.
FED.az xəbər verir ki, nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib.
O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib. O, 2008-ci ildən ötən ilin sonuna qədər iqtisadiyyat naziri Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.