Sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı Vergilər Nazirliyinə təqdim etdikləri təkliflərini təkliflərə baxılır".
FED.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, hazırda sahibkarların təklifləri ilə bağlı nazirlik tərəfindən araşdırmalar aparılır.
"Təkliflər əsasən ilk növbədə nağdsız ödənişlərlə, bu və ya digər əməliyyatların aparılması zamanı verilən sənədlərlə, vergi qanunvericiliyində müəyyən dəyişikliklərin aparılması, inzibatçılıqda müəyyən dəyişikliyin olması ilə bağlıdır. İnzibatçılığın sadələşdirilməsini istəyən kifayət qədər vergi ödəyiciləri var və bu istiqamətdə müəyyən işlər aparılır. Bu təkliflərin hər birinə diqqətlə yanaşılır və bundan sonra da yanaşılacaq. Bir ay ərzində biz bu təklifləri emal edəcəyik və təklifləri aidiyyatı üzrə müvafiq orqanlara öz rəylərini bildirmələri üçün təqdim edəcəyik. Razılaşdırmalardan sonra bu təkliflərə Milli Məclisdə büdcə zərfi ilə birgə baxılacaq", - deyə S.Ələkbərov vurğulayıb.