14 iyun tarixində Vergilər Nazirliyinin Pirquluda (Şamaxı) yerləşən Təlim Mərkəzi Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birgə “Müasir dünyada rəqəmsal iqtisadiyyat”, “kriptovalyutalar”, “elektron pul dövriyyəsi”, “maliyyə aləti” və digər mövzularda təlimlərə başlayır.
Tanınmış rus ekspertlərinin iştirakı iləı keçiriləcək təlim dünyada elektron pulların müasir tendensiyaları ilə tanış olmaq üçün unikal bir proqram olacaq.
Təlim zamanı (6 saat) natiqlər (Ruslan Makarov və Anastasiya Dmitriyevna Zatochka) rəqəmsal iqtisadiyyat dünyasının və kripto-valyuta bazarlarının mövcud reallıqlarını izah edəcəklər. O cümlədən, rəqəmsal iqtisadiyyatın maliyyə bazarının alətlərinin formalaşdırılması prinsipləri izah olunacaq, eləcə də, elektron pul konturları, kripto-valyutalar, ayələr, notlar barədə danışılacaq.
Qeyd edək ki, təlimdə bir nəfər üçün iştirak haqqı 650 AZN müəyyən edilib.
Vergilər Nazirliyi ARPA ilə birgə müxtəlif sahələr üzrə təlimlərə başlayır
11:20
5 İyun 2018