Vergilər Naziri ilə sahibkarların bu gün keçirilən görüşündə iş adamları bəzi təkliflərinin səsləndiriblər. FED.az-ın məlumatına görə, əksər təkliflər vergi dərəcələrinin aşağı salınması, ayrı-ayrı sektorlar üçün vergi tətilləri və güzəştlərin tətbiqedilməsi ilə bağlı olub.
Əsas təkliflərdən biri sadələşdirilmiş vergi ödəyiciləri üçün dövriyyə həcminin indiki 200 min manatdan 500 min manata qaldırılması olub. İş adamları bildirib ki, 200 min manatlıq dövriyyə tələbi hazırki reallıqlara cavab vermir.
Eləcə də bax: Mikayıl Cabbarov yeni departamentə rəhbər təyin etdi
Tədbirdə ayrı-ayrı sektorlar üçün təviqat məqsədli güzəştlərin verilməsi də təklif edilib. Bu təkliflərdən biri yeni fəaliyyətə başlayan hotellərin 3 illik müddətində minimum vergi ödəməsi ilə bağlıdır. Təklif müəlliflərinin fikrincə, bu yenilik xüsusilə regiondakı hotellərin fəaliyyətinə dəstək ola bilər.
Digər təklif nazirlik və sahibkarlar arasında şəffaf mühitin yaradılması və iş admmlarına yanaşmada ayrı-seçkiliyin tətbiq edilməməsi ilə bağlı olub. İş adamları bildiriblər ki, xususilə xronometraj və analizlərdən istifadə edəcək əlavə ödənişlərin təyin edilməsi ilə bağlı mübahisəli məqamlar yaranır.