Fevralın 27-də vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinləri iştirak edib. Qəbulda vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər. Görüşdə Vergilər Nazirliyinin yerli vergi orqanlarının rəhbərliyi də iştirak edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.
Vergilər naziri əhali ilə görüşdü
17:00
27 Fev 2018