Bu il Azərbaycanda səyyar vergi yoxlamaları 3 dəfə azaldılıb. FED.az xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov bildirib.
ELƏCƏ DƏ BAX: Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar
Onun sözlərinə görə, sirr deyil ki, bu yoxlamalar sahibkarların vaxtını alır, onları narahat edirdi.
«Amma o da həqiqətdir ki, bir çox sahələrdə olan vergi pozuntuları xüsusilə uçotun düzgün və ya ümumiyyətlə aparılmaması, qeyri-rəsmi məşğulluğun yayılması, dövriyyələrin azaldılması hallar var. Eləcə də, biz gündəlik olaraq görürük ki, ticarət və ya iaşə obyekti satdığı malın çotuna kassa aparatında göstərilməsini vərdiş kimi zəruri saymır. Bu hallar bəzi böyük bizneslərdə də var».
Amma buna baxmayaraq nazirliyimizin yanaşması budur ki, biz bu nəzarəti əlimizdəki məlumatlar və onların təhlili ilə, onun da nəticəsində yoxlamaya getmədən apara bilərik.
Digər vacib məqam nazirliyin yeni strukturu olub. Əsas yanaşma odur ki, nazirlik öz funksiyasını fiskal nəzartədən, vergi ödəyicisinə xidmət funksiyasına çevirməlidir.