Vergilər Nazirliyi yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqlarının icrası barədə məlumat yayıb. FED.az-a nazirlikdən daxil olan məlumatda deyilir ki, yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
“2017-ci ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 5 milyard 224 milyon 482,9 min manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub”-deyə nazirliyin açıqlamasında bildirilir.
Vergi işçiləri planı doldura bilirlər? – RƏSMİ AÇIQLAMA
12:58
7 Okt 2017