Vergilər Nazirliyi vergi borcuna görə Bakı şəhərində vergi ödəyicisinə məxsus bağ evi hərraca çıxarıb.
Nazirlikdən verilən məlumata görə, vergi ödəyicisi Hüseyn Bayramova məxsus Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 367 nömrəli bağ evinə 41 min manat qiymət qoyulub. Əmlak satılmadığından qiyməti 20% aşağı salınaraq 40,980 min manata endirilib.
Hərracda iştirak etmək istəyənlər əmlaklara görə 4098 manat beh verməlidir.
Bundan başqa, Şirvan şəhərində Əlirza Kərimova məxsus iki qeyri-yaşayış binası da hərraca çıxarılıb. Əmlaklara 45 min və 20 min manat qiymət qoyulub. Satılmadığından qeyri-yaşayış binalarının qiyməti 40% aşağı salınaraq müvafiq olaraq 27 min və 12 min manatadək endirilib. Hərracda iştirak etmək istəyənlər hər əmlaka görə müvafiq olaraq 2700 və 1200 manat beh verməlidir.