"Azərbaycanın inkişafına hansısa formada dəstək verə biləcəyimizi müzakirə etmək üçün burdayam. Bir sıra rəsmi şəxslərlə görüşdüm. Bu görüşlər hamısı səmərəli olub. Üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm. Səfər əsnasında ən son iqtisadi prosesləri müzakirə etdik. Həmçinin, növbəti 3 il üçün əməkdaşlıq planlarını müzakirə edib, razılaşdırırıq" - bunu jurnalistlərə açıqlamasında ADB-nin vitse-prezidenti Vensay Janq (Wencai Zhang) deyib.
V.Janq qeyd edib ki, ADB bu günə qədər Azərbaycana 2,8 mlrd. dollar kredit və qrant ayırıb: "Təşkilatımız Azərbaycanda struktur islahatların aparılması, texniki yardımlar göstərilməsi ilə bağlı müzakirələr aparır. Ənənəvi sahələrlə yanaşı yeni sahələrdə də əməkdaşlıq edə bilərik".
ADB rəsmisi "Şahdəniz" layihəsinə də dəstək verəcəklərini bildirib: "Hazırda "Şahdəniz" layihəsi ilə bağlı Direktorlar Şurasının qərarı gözlənilir. Həmçinin, qarşıdakı 3 ildə siyasi islahatların aparılmasına makro səviyyədə dəstək verəcəyik".