Beynəlxalq Valyuta Fondunun rəhbəri dünya iqtisadiyyatının dayandığını elan edib.
FED.az xəbər verir ki, bu barədə Fondun rəhbəri Kristalina Georgiyeva elan edib.
Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatında vəziyyət 2008-2009-cü ildəkindən daha pisdir. «Valuyta Fondunun tarixində hələ görməmişdik ki, dünya iqtisadiyyatı dayansın. Biz tənəzzüldəyik, bu - qlobal iqtisadi böhrandan da pisdir». Artıq 85 ölkə koronavirusa qarşı mübarizə aparmaq üçün kömək almaq məqsədilə fonda müraciət edib.
Georgiyevanın sözlərinə görə, koronavirusun nəticələrindən ən çox inkişaf etməkdə olan ölkələr itirəcəklər. Çünki onların iki sahədə – səhiyyə və iqtisadiyyatdakı böhranla mübarizə aparacaq gücyü yoxdur. Bununla əlaqədar olaraq fond təcili maliyyələşmə məbləğini 100 milyard dollaradək artıracaq və bu işə özünün bütün ehtiyatlarını – təqribən 1 trilyon dollar səfərbər edəcək.